"Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” - Türkiyə baş nazirinin müavini

"Süleyman şah türbəsi əvvəlki yerinə qaytarılacaq” -

“Süleyman şah türbəsi gec-tez öz əvvəlki yerinə qaytarılacaq”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikir Işık bildirib.

“Çünki ora Türkiyə torpaqlarıdır”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin fevralın 21-də Türkiyə Suriyanın Hələb şəhəri ərazisindəki Karakozak kəndindəki Süleyman şah türbəsində xidmət edən əsgərlərinin təxliyyəsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Süleyman şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...