Bişkekdə gəlin də toyda zəhərlənib - 249 nəfər xəstəxanalıq olub

Bişkekdə gəlin də toyda zəhərlənib -

Ötən həftə Qırğızıstanın paytaxtı Bişkekdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 249-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həkimlərin sözlərinə görə, toyda cəmi 190 qonaq olub. Lakin qonaqların bir çoxu artıq qalan yeməkləri evdəki ailə üzvlərinə də apardıqları üçün zəhərlənənlərin sayında artım olub.

Xəstəxanalıq olanlar arasında gəlinlə yanaşı, bəyin anası da olub. Bəyin isə səhhətində problem yoxdur.

Faktla bağlı cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...