Egey dənizində gərginlik artır – Yunanıstan Türkiyə sahillərinə ordu göndərdi

Egey dənizində gərginlik artır –

Yunanıstan müdafiə naziri Panos Kammenos Egey dənizindəki adalara, Türkiyə ilə sərhəd ərazisinə 7 min əsgər göndərildiyini bəyan edib.

Avropa.info xəbər verir ki, yunan naziri Türkiyəyə meydan oxuyaraq “Cəsarətləri varsa, bir qarış torpağımıza göz diksinlər. Yunanlar birləşib onları əzəcəklər” deyib. Kammenos Türkiyənin onları provakasiyaya çəkdiyini deyib.

Türkiyədə həbsdə olan iki yunan əsgəri üçün isə “Onları gedib alarıq, azad edərik, vətənə geri gətirərik”

Yunanıstan xarici işlər naziri Yorqos Katruqlaos isə Yunanıstana sığınan 8 çevrilişçi hərbçiyə sığınacaq haqqının verilməməli olduğunu deyib. O, bunu Cenevrə müqaviləsinə zidd addım sayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...