Polis "Taksim" meydanını əhatəyə aldı

Polis "Taksim" meydanını əhatəyə aldı

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etiraz aksiyası ilə əlaqədar polis "Taksim" meydanını əhatəyə alıb.

Trend-in məlumatına görə, hazırda polis "Taksim" meydanına aparan yolları istisnasız olaraq hamı üçün bağlayıb.

Qeyd edək ki, bu gün müxalif Cümhuriyyət Xalq Partiyası vəziyyət rejiminin müddətinin uzadılmasına etiraz əlaməti olaraq Türkiyənin bütün vilayətlərində aksiya keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...