Ermənistanda aksiya zamanı jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb

Ermənistanda aksiya zamanı jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb

Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalist xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib. Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum edib.

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir seçilib. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...