“Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu, xeyli adam öldü” – Trampdan sensasion açıqlama

“Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu, xeyli adam öldü” –

ABŞ prezidenti Donald Tramp Suriyada 1 ay öncə, Rusiya muzdlu əsgərlərinin ABŞ hərbçiləri tərəfindən öldürülməsini ilk dəfə təsdiqləyib.

Avropa.info xəbər verir ki, bu barədə o, Yaponiya baş naziri ilə birgə mətbuat konfransında bildirib.
“Hələ heç kəs Donald Trampdan başqa Rusiya ilə bu qədər sərt olmayıb… Bu yaxınlarda, bir ay əvvəl əsgərlərimiz və ruslar arasında çox, çox sərt döyüş oldu. Təəssüf ki, bu döyüşdə xeyli adam öldü” – Tramp belə deyib.
Tramp döyüşün mart ayında baş verdiyini deyib.

Xatırladaq ki, ABŞ hərbçilərinin Suriyada həyata keçirdiyi hücumda, Rusiya istehsalı olan tankların hədəf alındığı ortaya çıxmışdı.

Sözügedən hücumda “Vaqner” qrupu kimi tanınan 100-lə rus muzdlu əsgərin öldürüldüyü biddia edilirdi.
Pentaqon tərəfindən yayılan görüntülərdə Rusiya istehsalı olan T-72 tankları və digər hərbi vasitələrin vurulduğu görünürdü. Rus mətbuatı hadisədə ən azı 200 rus muzdlu əsgərinin həyatını itirdiyini iddia etmişdi.
ABŞ-ın “New York Times” qəzeti isə Əsəd əsgərlərinə qarşı təşkil olunan hücumda onlarla rus əsgərinin öldürüldüyünü yazmışdı.

Hadisəylə bağlı Rusiya tərəfindən hər hansısa açıqlama edilməmişdi. ABŞ prezidenti Tramp ilk dəfə rus əsgərlərinin öldürüldüyünü etiraf edib.

“Vaqner” muzdlu əsgər qrupu Rusiya ordusundan təqaüdə göndərilən polkovnik Dmitri Utkin tərəfindən yaradılan xüsusi bir təhlükəsizlik şirkətidir. İlk olaraq 2014-ci ildə Ukraynanın şərqindəki separatçılara verdikləri dəstəklə beynəlxalq təşkilatların hesabatlarına düşən “Vaqner” qrupu, daha sonra Suriyadakı daxili savaşa da qoşulub.
Rusiya qanunlarına görə pullu əsgər olaraq xidmət etmək və pullu əsgər saxlamaq yasaqdır. Rusiya “Vaqner” qrupunun mövcudluğunu rəsmi olaraq qəbul etmir. “Vaqner” qrupunun əsgərlərindən ölənlərin ailələrinə bəzən həftələr, bəzən də aylarla xəbər verilmir. Rusiyanın “Vaqner” şirkəti, ABŞ-ın İraq müharibəsində istifadə etdiyi və törətdiyi qırğınlarla xatırlanan özəl təhlükəsizlik şirkəti “Blackvater”i xatırladır.
“Vaqner”in əsgərlərinə aylıq 4 min dollar maaş ödənir. Ölən əsgərlərin ailələrinə isə rütbələrinə görə 22 min dollar ilə 52 min dollar arasında təzminat ödənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...