Sərkisyana ikinci təbrik axır ki, gəldi – Yenə Rusiyadan

Sərkisyana ikinci təbrik axır ki, gəldi –

Serj Sərkisyanı baş nazir seçilməsi münasibəti ilə Rusiya Baş naziri Dmitri Medvedyev təbrik edib.

Axar.az xəbər verir ki, Medvedyev məktubunda Sərkisyanın bundan sonra da Rusiya ilə əməkdaşlığı inkişaf etdirəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, 17 apreldə baş nazir kimi parlamentdə təsdiqlənən Sərkisyanı indiyə qədər yalnız Putin təbrik etmişdi. Rusiyadan başqa heç bir ölkənin Sərkisyanı təbrik etməməsi müşahidəçilərin diqqətini çəkib.

Hazırda Sərkisyanın hakimiyyəti növbəti dəfə zəbt etməsinə qarşı aksiyalar keçirilir. 7 gündür davam edən aksiyalarda onlarla şəxs (o cümlədən müxalifət lideri Nikol Paşinyan) polis zorakılığı nəticəsində xəsarət alıb, yalnız bu gün 100 nəfər həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...