Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı

Türkiyə qızıl ehtiyatlarını ABŞ-dan çıxardı

Türkiyənin Mərkəzi Bankı ölkənin bütün qızıl ehtiyatını ABŞ Federal Ehtiyatından çıxarıb. Virtualaz.org “Hürriyet”ə istinadən xəbər verir ki, burada Türkiyənin qızıl ehtiyatları qorunmaq üçün saxlanırmış.

Mənbəyə görə, ABŞ-da saxlanan qızıl külçələrinin sayının azaldılması ilə bağlı qərar Ankara tərəfindən bir sıra regional və ikitərəfli mövzulara görə ABŞ-la münasibətlərin pozulması üzündən verilib.

Federal Ehtiyatdan qızılın mütəmadi çıxarılmasına 2017-ci ildə başlanıb. O vaxt ABŞ-da Türkiyəyə məxsus 28,7 ton qızıl saxlanırdı.

Türkiyə Mərkəzi Bankının hesabatından da bunu aydın görmək mümkündür. Belə ki, 2016-cı ilin hesabatına görə, ABŞ-da saxlanan qızıl ehtiyatının həcmi 28 min 689 kiloqram göstərilir. 2017-ci ilin hesabatında isə həmin xanada heç bir rəqəm yoxdur.

AŞ-dan çıxarılmış qızılın bir hissəsi Türkiyəyə gətirilib, digər hissəsi isə qorunub saxlanmaq üçün Avropada – Böyük Britaniyanın Mərkəzi Bankında və İsveçrənin Beynəlxalq Hesablaşmalar Bankında yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...