Ermənistanda aksiyaçılara dəstək verən icra başçısını güllələdilər

Ermənistanda aksiyaçılara dəstək verən icra başçısını güllələdilər

Ermənistanın Eçmedzin şəhərinin meri “Yerparaq” müdafiə qurumunun sədr müavini Hakob Hakobyan ötən gün axşam saatlarında güllələnib.

Lent.az tert.am-a istinadən bildirir ki, Ermənistanın keçmiş millət vəkili olan Hakob Hakobyan ötən gün 18:55 radələrində güllələnsə də onun ölümü haqqında məlumat gecə saatlarında öz təsdiqini tapıb. İcra başçısının döş qəfəsi nahiyəsinə tuş gələn bir neçə güllə yarasından keçindiyi bildirilir.

Eçmedzin bələdiyyəsinin sədri Mari Poqosyanın sözlərinə görə, icra başçısının qətli həmin saatlarda şəhərdə düzənlənən küçə aksiyası ilə bağlı ola bilər:

“Həmin saatda heç bir iğtişaş qeydə alınmamışdı. Şəhər sakitlik idi. Ehtimal edirik ki, Hakob Hakobyan aksiyaçılara açıq dəstək verdiyinə görə, naməlum qüvvələr tərəfindən qətlə yetirilib”. Qeyd edək ki, Hakob Hakobyan birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. H.Hakobyanın 2016-cı il aprel döyüşləri zamanı “Yerparaq” təşkilatının idarə heyəti ilə birgə könüllü olaraq Qarabağ cəbhəsinə gəlib. Onu da qeyd edək ki, “Yerparaq” təşkilatı erməni könüllülərinin bir araya gəlməsini təşkil edən müdafiə qurumudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...