İran İsrail ordusunun bazasını “Fateh-110” raketi ilə vurmağa hazırlaşır

İran İsrail ordusunun bazasını “Fateh-110” raketi ilə vurmağa hazırlaşır

İran İsrail ordusunun bazalarından birinə raket zərbəsi endirməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik xidmətlərinə istinadən “Channel 10” telekanalı məlumat yayıb. Bildirilir ki, İran İsraildən Suriyadakı T-4 aviabazasına endirilmiş raket zərbələrinin qisasını almaq istəyir. İsrailin həmin zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun bir neçə zabiti həlak olub.

İsrail xüsusi xidmətləri hesab edir ki, İran hərbi bazaya raket hücumunu öz ərazisindən etmək istəmir və bu məqsədlə “Hizbullah”dan istifadə etməyə hazırlaşır. Amma İran yeni regional müharibəyə səbəb olmamaq üçün “məhdud zərbə” üzərində düşünür.

İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən isə bildiriblər ki, hücum üçün “Fateh-110” ballistik raketindən istifadə edilə bilər. Hədəf kimi İsrail ordusunun ölkənin şimalında yerləşən bazalarından biri seçilib.

Bununla bağlı olaraq İsrail Müdafiə Nazirliyi hazırlıqlara başlayıb, raketdən müdafiə sistemlərinə döyüş hazırlığı əmri verilib. Ehtimala görə zərbə Suriya ərazisindən endirilə bilər.

Xəbər verildiyi kimi İranın Ali dini lideri və İnqilab Keşikçiləri Korpusunun komandanlığı İsraili “amansız qisasla” hədələyib. Ötən gün İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi İranla müharibəyə hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...