Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib

 Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib

Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir. O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər. Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...