Zirvə görüşünü ləğv edən Tramp Şimali Koreyanı hədələdi — “Ordumuz hazırdır”

Zirvə görüşünü ləğv edən Tramp Şimali Koreyanı hədələdi —

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə 12 iyun tarixinə planlaşdırılan görüşü ləğv edib. “Ölkə.Az” xəbər verir ki, Tramp dialoq üçün açıq qapı buraxsa da, Şimali Koreyanı hədələyib.

“Əgər bir dialoq ilə mövzuya yaxınlaşmağı üstün tutsanız, görüşmək üçün gözləyirəm. Amma axmaq bir addım atılsa, ordumuz hazırdır”, - deyə ABŞ prezidenti bildirib.

Tramp Şimali Koreyanın atacağı müsbət addımları gözlədiyini bildirib:

“Şimali və Cənubi Koreya xalqı bir yerdə sülh, rifah və firavanlıq içində yaşamalıdır. Bu parlaq gələcək ancaq və ancaq nüvə təhdidi yox olduqdan sonra mümkün ola bilər. Kim Çen İnlə nə vaxtsa görüşəcəm. Bu müddət ərzində isə çox güclü sanksiyalar və maksimum təzyiq davam edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...