Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib - VİDEO

Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib -

Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.

"Report"un məlumatına görə, təbrikdə Aİ-nin Azərbaycanda akkreditasiya olunmuş 20 ölkənin diplomatik missiyaların rəhbərləri və qurumun Bakıdakı nümayəndəsi öz təbriklərini çatdırıblar.

Diplomatlar təbriklərini Azərbaycan dilində səsləndiriblər: "Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan".






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...