Avropaya keçmək istəyən ailə həyatının şokunu yaşadı - 5 uşağını birdən itirdi

Avropaya keçmək istəyən ailə həyatının şokunu yaşadı -

Qanunsuz yollarla dəniz vasitəsi ilə Türkiyədən Avropaya keçmək istəyən miqrantların içərisində olduğu qayıq Antalyanın Demre mahalı yaxınlığında batıb. Gundeminfo.az Milli.Az-a istinadla xəbər verir ki, qayığın batması nəticəsində 9 nəfər boğularaq ölüb, 6 nəfər xilas edilib. Boğulan 9 nəfərdən 1-i qadın, 6-sı uşaqdır. Ölən uşaqların 5-i qardaş olub. 5 övladı eyni anda ölən Zeynep Osman və İdris Raşit cütlüyünün halı pisləşib, onlara xəstəxanada xüsusi yardım edilib. Qeyd edək ki, qayıqdakılar Suriya vətəndaşı olublar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...