Türkiyənin müdafiə naziri: “İraq ərazisini tərk etməyəcəyik”

Türkiyənin müdafiə naziri: “İraq ərazisini tərk etməyəcəyik”

Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək. Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır.

N.Canikli qeyd edib ki, Türkiyə SQ İraq ərazisində PKK ilə daha güclü mübarizə aparmağa imkan verən hərbi baza yaradıb:

"Türkiyə hələ bir il əvvəl İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat aparmağı planlaşdırırdı".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...