İspaniyada “erməni mafiyası”na qarşı genişmiqyaslı əməliyyat keçirilir

İspaniyada “erməni mafiyası”na qarşı genişmiqyaslı əməliyyat keçirilir

İspaniya polisi “erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hüquq mühafizə orqanının “Twitter” səhifəsində bildirilib.

“Polis tərəfindən erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəli olduğu üçün əməliyyat keçirilib ”, - deyə Kataloniya polisi bildirib.
Bildirilib ki, əməliyyat İspaniyanın Barselona, Madrid, Valensiya, Alikant, Albaset və başqa şəhərlərində keçirilir.
Məlumata görə, bu cinayətkar qruplaşmanın üzvləri Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada şübhəli əlaqələri var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...