Türk Ordusu terrorçuları küncə sıxışdırır

Türk Ordusu terrorçuları küncə sıxışdırır

Türk Ordusunun keçirdiyi uğurlu əməliyyatlarla küncə sıxışdırılan PKK terrorçuları Qəndildən qaçmağa başlayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, terrorçular qaçarkən meşə sahəsini yandırıblar.

Yerli əhalinin sözlərinə görə, xüsusən Kanireş bölgəsində yaşanan şiddətli atışmalardan sonra ərazi terrorçulardan təmizlənib. Terrorçular qaçarkən meşə sahələrinə od vurublar.

Türk Ordusu ərazinin təbii şəraiti və tələlər qurulması ehtimalına qarşı yanğına müdaxilə edə bilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...