General Manvel Qriqoryanın arvadı axtarışa verildi

General Manvel Qriqoryanın arvadı axtarışa verildi

Ermənistan polisi müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində axtarış elan edib.

“Report” xəbər verir ki, bunu ölkə polisinin analitik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, - deyə o vurğulayıb.

Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu Eçmiədzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...