Gülənin taleyi bu gün həll olunur – Görüş başladı

Gülənin taleyi bu gün həll olunur –

ABŞ nümayəndə heyəti ilə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin müzakirə olunacağı toplantılardan birincisi bu gün Ankarada keçiriləcək. Gundeminfo.az xəbər verir ki, Hüquqi Məsələlərə dair İşçi Qrupun toplantısının əsas gündəm maddələri FETÖ üzvlərinin və İzmirdə həbsxanada saxlanılan rahib Bransonun ekstradisiyası olacaq.

Hər iki ölkənin ədliyyə, xarici siyasət və kəşfiyyat orqanları əməkdaşlarının iştirakı ilə keçiriləcək iclasdan sonra mətbuata açıqlama veriləcək.

“Təqdim etdiyimiz sübutlar və sənədlər rəsmi şəkildə masaya qoyulacaq. Artıq Menbiçdə olduğu kimi, bu mövzularda da vaxt keçirmək dövrü bitəcək. ABŞ-la münasibətlərin normallaşdırılması və FETÖ lideri Gülənin qaytarılması yeni dönəmdə də prioritet məsələlərdən biri olacaq”, – XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, danışıqlar zamanı may ayında ABŞ-da 32 ay müddətinə həbs olunan keçmiş “Xalqbank” sədr müavini Hakan Atilla işinin də gündəmə gətirilməsi nəzərdə tutulur.

***

Ankarada ABŞ nümayəndə heyəti ilə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin müzakirəsi ilə bağlı toplantı işə başlayıb. /Axar.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...