İranın 300 milyonu avrosu batdı

İranın 300 milyonu avrosu batdı

Almaniya Mərkəzi Bankı (AMB) nağd pul köçürmələri ilə bağlı siyasətində dəyişiklik edib. Dəyişikliyin ilk mərhələsi İrana 300 milyon avroya başa gələcək.

Gundeminfo.az teleqraf.com-a istinadən xəbər verir ki, AMB-nin bu addımı Almaniya banklarında İran məxsus 300 milyon avronun köçürülməsində problem yaradacaq.

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl rəsmi Tehran Almaniya hökumətin müraciət edərək, 300 milyon avronu geri çəkmək istədiyini bildirmişdi.

AMB-nin yeni dəyişikliyində İranın adı hallandırılmasa da, "Associted Press” bu qərarın İranın 300 milyonu transfer etmək istəyi ilə bağlı olduğunu iddia edib.

ABŞ-ın Almaniyadakı səfiri Ri Qrennel "Associted Press”ə verdiyi açıqlamada Almaniyanın bu qərarını dəstəklədiyini deyib: "İranın Avropada dağıdıcı investisiyasının artmasından narahat idik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...