İranda Azərbaycanla bağlı bannerlər asıldı - Foto

 İranda Azərbaycanla bağlı bannerlər asıldı -
İranın Həmədan şəhərində Azərbaycan dilində təhsil verən qurumun olmaması, eləcə də teleradio şirkətinin əyalət üçün yayımladığı bütün proqramların fars dilində olması azərbaycanlıların etirazına səbəb olub.

Axar.az xəbər verir ki, Həmədanda rəsmi idarələrdən birinin binasına ana dilində təhsil tələb edən banner asılıb. Şəhərin ən hərəkətli yerində nümayiş etdirilən bannerdə farsca “Ana dilində təhsil almaq hər bir insanın təbii haqqıdır” sözləri yazılıb. Burada azərbaycanca yazılmış “Biz öz ana dilimizin rəsmi şəkildə öyrədilməsini istəyirik” cümləsi də nəzərə çarpır.

Qeyd edək ki, Azərbaycanın ən qədim bölgələrindən olan Həmədan əyaləti İran rejiminin tətbiq etdiyi assimilasiya siyasətinin əsas hədəfində olan bölgələrdən biridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
759 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...