Xəzər dənizi ilə bağlı müqavilə Moskvanın qələbəsidir – Britaniya MEDİASI

Xəzər dənizi ilə bağlı müqavilə Moskvanın qələbəsidir –

Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit Britaniya KİV-də müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, Britaniya nəşrləri Dünyanın ən böyük gölü ətrafında mübahisənin tamamlanmasını əsasən Rusiya və İran üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.


Bəzi nəşrlər hətta bunu Rusiyanın bölgə üzərində nəzarətinin artması kimi qiymətləndirib.
“Rusiya, Xəzər dənizinin bölünməsi ilə bağlı əhəmiyyətli bir saziş vasitəsilə İran və Orta Asiya qonşuları ilə əməkdaşlığı dərinləşdirməyə dəvət edib. O, bununla uzun müddət gözlənilən enerji layihələri üçün yol açmağa və dünyanın ən böyük gölü üzərində hərbi üstünlüyünü təsdiqləyib” – nüfuzlu “Finanical Times” nəşri yazır.

Nəşr həmçinin bildirir ki, bununla Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran “böyük karbohidrogen ehtiyatları olan bölgəni idarə etmək üçün bazar günü bir razılaşma imzalayıblar”.

Yazıda bölgə həmçinin Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında mühüm bir körpü olduğunu qeyd edib.
“Guardian” nəşri isə bu müqavilənin ABŞ-ın sanksiyalarından sonra İran üçün “həyati əhəmiyyətli” razılaşma adlandırıb.

Nəşrin məlumatına görə diplomatlar bunu “çox çətin diplomatik qələbə” hesab edirlər.
“Xəzərin bol karbohidrogen ehtiyatları ilə zəngin dibinin bölüşdürülməsi kimi çətin məsələ təxirə salınıb” – “Guardian” yazır.

Nəşrin bildirdiyi kimi İran əvvəl Avropa ilə əməkdaşlığa can atsa da ABŞ yeni sanksiyaları ilə bu yolu bağlayıb. Beləliklə İran bu səbəbdən yəni öz iqtisadiyyatını xilas etmək üçün Rusiya, Çin və onların müttəfiqlərinə üz tutmalı olub.

“ABŞ prezidenti Donald Trampın İranın neft satışını azaltmaq məqsədi ilə energetika sənayəsi ilə bağlı yeni sanksiyalarının ardından bu razılaşma əldə olunub” – “Daily Express” yazıb.

Bu nüfuzlu nəşr də müqavilənin regiondakı bir sıra layihələrə impuls verəcəyini qeyd edib.
Yazıda ABŞ-ın yeni sanksiyalarına Rusiya və Çinin məhəl qoymadığı bildirilir.

Qeyd edək ki, Britaniya KİV-ində yeni müqavilənin müzakirələri fonunda xəzəryanı ölkələr arasında bağlanmış bir sıra müqavilələrə diqqət mərkəzinə gəlib. Bunlardan mütəşəkkil cinayətkarlıqla mübarizə, nəqliyyat və iqtisadi-ticarət sahələrində, tərəflərin sərhəd qurumları arasında əməkdaşlıq müqavilələri xüsusi vurğulanıb. Bütün bunların fonunda tərəflərin Xəzərin sərhədi ilə bağlı razılığının region üçün çox böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...