Serj Sarqsyan istintaqa çağırılıb

Serj Sarqsyan istintaqa çağırılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan istintaqa çağırılıb.

"Report" “İnterfax”a istinadən xəbər verir ki, bunu ölkənin Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan deyib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra paytaxt Yerevanda baş verən hadisələr görə başlanılan cinayət işinin istintaqı çərçivəsində dindiriləcək. S.Xaçatryan qeyd edib ki, hazırda Xüsusi İstintaq Xidməti S.Sarkisyanın nə vaxt və hansı suallara cavab verəcəyini müəyyənləşdirir.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də Ermənistanda polis və ordu dinc etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edib. Nəticədə 10 nəfər ölüb, 250 nəfər yaralanıb. Həmin seçkilərdə prezident Robert Koçaryan hakimiyyəti Serj Sarqsyana ötürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...