Tacikistan prezidenti son 17 ildə ilk dəfə Özbəkistana səfər edib

Tacikistan prezidenti son 17 ildə ilk dəfə Özbəkistana səfər edib

Tacikistan prezidenti Emoməli Rahmon 17 il ərzində ilk dəfə Özbəkistana səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, onu Daşkəndə Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəvət edib.

Özbəkistan mətbuatı yazıb ki, iki ölkə başçısının görüşündə siyasi, ticari-iqtisadi, nəqliyyat və rabitə, turizm, mədəniyyət, humanitar sahələrdə və regionlararası əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

E.Rahmonun səfəri iki gün davam edəcək.

Qeyd edək ki, bu ilin yazında da Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistan dövlət səfəri edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...