“Bir neçə ilə İsraildə baş naziri Məhəmməd çağıracaqlar”

“Bir neçə ilə İsraildə baş naziri Məhəmməd çağıracaqlar”

“Vahid dövlətin yaradılması yolu ilə Fələstin-İsrail münaqişəsinin həlli ona gətirib çıxara bilər ki, bir neçə il sonra İsraildə baş naziri Məhəmməd çağıracaqlar”.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp iyunda İordaniya Kralı II Abdullahla görüşdə deyib.

“Axios” portalı yazır ki, avqustun 2-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian İordaniyaya baş çəkib. O,II Abdullahla görüşdə Trampla kralın görüşünü müzakirə edib.

Kralın sözlərinə görə, o Trampa bildirib ki, gənc fələstinlilər israillilərlə bir dövlətdə yaşamağı və bərabər hüquqlara malik olmağı üstün tutardılar.

“Nəticə bu olacaq ki, İsrail öz yəhudi xarakterini itirəcək “, - mənbələr kralın sözlərini sitat gətirirlər.

“Sizin danışdığınız o anlama gəlir ki, vahid dövlət ssenarisi halında İsraildə bir neçə il sonra baş naziri Məhəmməd çağıracaqlar”, - Tramp istehzalı cavab verib.

Portalın yazdığına görə, görüşün gedişatında Tramp həmçinin bildirib ki, Yaxın Şərqdə sülhə sadiq qalır. O qeyd edib ki, əgər onun administrasiyası İsrail və Fələstin arasında sazişə nail olmağı bacarmasa, onda buna ABŞ administrasiyalarından heç biri müvəffəq olmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...