Koçaryanın ofisində axtarış aparıdlı

Koçaryanın ofisində axtarış aparıdlı

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Robert Koçaryanın malikanəsində və ofisində axtarışlar həyata keçiriblər.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Xüsusi İstintaq Xidmətindən axtarışların 1 mart 2008-ci il tarixində Yerevan şəhərində baş verən hadisələrlə bağlı aparıldığı bildirilib.

Bu ana qədər başqa məlumat verilməyib.

Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistan polisi Serj Sarqsyanın prezident seçilməsinə etiraz edən nümayişçiləri dağıdıb. Nəticədə Yerevanda azı 8 nəfər ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...