Trampın kürəkəninin şirkəti sənədləri saxtalaşdırdığına görə cərimələnib

Trampın kürəkəninin şirkəti sənədləri saxtalaşdırdığına görə cərimələnib

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin ailəsinə məxsus daşınmaz əmlak şirkəti tikinti işlərinin həyata keçirilməsi üçün sənədləri saxtalaşdırdığına görə 210 min dollar cərimələnib.

"Report" TASS-a istinadən xəbər verir ki, Nyu-York Daşınmaz Əmlak Departamanti şirkətin yaşayış binalarında tikinti işləri həyata keçirmək üçün təqdim etdiyi ərizədə 42 pozuntu halı aşkarlayıb.

Həmin binalarda fiksə edilən kirayə ödənişi təyin olunan və Nyu-Yorkda qüvvədə olan ev sahiblərinin razılaşdırılmış kirayə haqqını qaldırmasını əngəlləyən qanunların təsir etdiyi onlarla sakin yaşayıb.

C.Kuşnerin şirkəti isə təqdim etdiyi sənədlərdə əldə etdiyi evlərdə ya ümumiyyətlə, sakin yaşamadığını, ya da onların müqavilələrində fiksə olunan kirayə ödənişi barədə maddə olmadığını göstərib.

Qeyd edək ki, eyni qanun pozuntuları Donald Trampın keçmiş vəkili olan Maykl Koenə məxsus yaşayış evlərinin alınması ilə məşğul olan investisiya fondunun sənədlərində də tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...