Moskva sabiq müdafiə nazirini Yerevana verməyəcək

Moskva sabiq müdafiə nazirini Yerevana verməyəcək

Yerevan 2008-ci il 1 mart hadisələri ilə bağlı MDB-nin dövlətlərarası axtarışına daxil edilən Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın ölkəyə təhvil verilməsi barədə Moskvaya rəsmi müraciət ünvanlayıb.

“İnterfaks” xəbər verir ki, hazırda müraciətlə bağlı məsələ Rusiyanın hüquq mühafizə orqanlarında müzakirə olunur. Mikael Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşı olduğu üçün ekstradisiyadan imtina olunması barədə ilkin qərar qəbul edilib.

RF konstitusiyasına əsasən, Rusiya cinayət məsuliyyətinə cəlb edilməsi üçün öz vətəndaşlarını xarici ölkələrə təhvil vermir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...