Zaxarçenkonun ətrafı Moskvaya qaçdı - Savaş qızışdı

Zaxarçenkonun ətrafı Moskvaya qaçdı -

Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko qətlə yetirildikdən sonra onun yaxın ətrafı ölkədən qaçıb.

Axar.az xəbər verir ki, “İnterfaks” agentliyi qaçanların “baş nazir”in müavini Aleksandr Timofeyev və Zaxarçenkonun müşaviri Aleksandr Kazakov olduğunu yazıb.

Onlar Rusiyaya gediblər. Bu şəxslərin Moskvaya təhlükəsizlik məqsədiylə getdikləri açıqlanıb.

Qeyd edək ki, zaxarçenkonun qətlindən sonra hakimiyyət uğrunda savaş qızışıb. Separatçıların lideri vəzifəsinin icrası hazırda müvəqqəti olaraq “parlamentin sədri” Denis Paşulinə həvalə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...