"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.

"Report"un əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Qeyd edək ki, UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək.

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...