Dünya ABŞ-ın iqtisadi gücündən qorunmalıdır - Albayraq

Dünya ABŞ-ın iqtisadi gücündən qorunmalıdır -

Dünya özünü ABŞ-ın iqtisadi gücündən qorumalıdır. Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Maliyyə naziri Barat Albayrağın “Forin Polisi”də dərc olunan məqaləsində yer alıb. “Avqustda Türkiyə iqtisadiyyatı qlobal xəbərlərin əsas mövzusu oldu. Bunun səbəbi qlobal iqtisadi sistemdəki ən böyük oyunçu olan ABŞ tərəfindən türk iqtisadiyyatına qarşı təşkil edilən sistematik hücum idi. Tramp administrasiyası NATO üzvü olan ölkənin iqtisadiyyatına sanksiyalar və rüsumlarla hücum etdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə bundan sonra da Mərkəzi Bankın müstəqilliyini, pul siyasətində lider rolunda qalmasını təmin edəcək. O, həmçinin Türkiyənin Beynəlxalq Valyuta Fonduna müraciət etmək niyyətində olmadığını da deyib. Albayraq Türkiyənin ABŞ-ın hədəf aldığı tək ölkə olmadığını yazıb:

“Dünya qarışıq sınaqlarla üzləşir. Vaşinqtonun beynəlxalq iqtisadiyyat və ticarətə yönələn təhdidləri bu sınaqların ən mühüm hissəsidir. Təktərəfli sanksiyalar, ticarət savaşlarının başladılması və iqtisadi silahların necə gəldi istifadəsi başqa bir qlobal böhrana şərait yarada bilər. Bu önəmli qovşaqda dünyadakı inkişaf etmiş və inkişafda olan ölkələr potensial böhranların və maliyyət hücumlarının öhdəsindən gəlmək üçün güclü və təşkilatlanmış işbirliyinə ehtiyac duyurlar. Türk iqtisadiyyatına hücum iqtisadi gücün siyasi silah olaraq şüursuzca istifadənin necə ciddi qlobal risklərə yol açacağının nümunəsi olmalıdır. İndi digər ölkələr Türkiyə ilə birgə hərəkət edərək, gələcəkdəki böhranlara qarşı ortaq strategiya hazırlaya bilərlər.

ABŞ-ın iqtisadi silahlarını arsızca istifadəsi dünyadakı bir çox ölkə və investor üçün xəbərdarlıq siqnalı oldu. Vaşinqtonun hücumu təkcə Türkiyə ilə ABŞ arasındakı ittifaqın gələcəyi üçün yox, həm də qlobal bazarlar üçün də risk daşıyır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...