Paşinyan arvadının bərbərini özünə köməkçi təyin etdi

Paşinyan arvadının bərbərini özünə köməkçi təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan arvadının bərbərini – Sofiya Navasardyanı şəxsi köməkçisi vəzifəsinə təyin edib.

Virtualaz.org “Politika.am” erməni nəşrinə istinadən xəbər verir ki, bu qərar ölkə ictimaiyyətində kəskin etirazla qarşılanıb. İş burasındadır ki, bu hadisəyə qədər Paşinyan öz ingilis dili müəlliməsini mədəniyyət naziri təyin etmişdi.

Paşinyanın mətbuat katibi bərbərin köməkçi təyin edilməsi barədə məlumatı jurnalistlərlə söhbətində təsdiq edib. “O, əvvəlki işi ilə məşğul olacaq, amma artıq baş nazirin köməkçisi qismində. Heç bir şey dəyişməyib. Sadəcə olaraq, həmin işi rəsmi şəkildə görəcək”.

Mənbə qeyd edir ki, bundan sonra bərbər dövlət büdcəsindən əməkhaqqı alacaq. Bütün bunlar Paşinyanın korrupsiya və dövlət vəsaitinin dağıdılması ilə mübarizə barədə bəyanatları fonunda baş verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...