Türkiyə F-35-lə bağlı bütün gizli məlumatları ələ keçirdi

Türkiyə F-35-lə bağlı bütün gizli məlumatları ələ keçirdi

Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə ABŞ F-35 təyyarələrinin satışına qadağa qoymaq istəsə də, ilk təyyarə Ankaraya təhvil verilib.

Publika.az xəbər verir ki, türk pilotlar ABŞ-ın Luke hərbi hava bazasında F-35 təyyarəsində test uçuşu həyata keçiriblər. “Yeni Şəfəq” qəzeti yazır ki, F-35 təyyarələri ilə bağlı bütün gizli məlumatlar türk pilotlarına verilib.

Məlumata görə, F-35 proqramı çərçivəsində 100 ədəd təyyarə almaq istəyən Türkiyə hələlik 35 ədəd təyyarə sifariş verib. İlk etap təyyarələrin ödənişləri də edilməyə başlanılıb. Artıq 10 təyyarə üçün 1 milyard dollar ödəndiyi deyilir. Türk pilotların test uçuşu etdiyi təyyarənin bütün mülkiyyət hüquqları da Türkiyəyə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...