Ərdoğan tələb etdi, Paşinyan müsbət cavab verdi - Telefon danışığı

Ərdoğan tələb etdi, Paşinyan müsbət cavab verdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qars şəhərində heyvan otararkən Ermənistan sərhədini keçdiyi üçün saxlanılan Ümid Əli Özmənə görə Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.

Teleqraf.com “Haber7”ə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyandan 16 yaşlı Ümid Əli Özmənin Türkiyəyə qaytarılmasını tələb edib.

Ermənistan baş nazirinin tələbinin müsbət cavablandırdığı bildirilir. Ümid Əli Özmənin sentyabrın 16-sı yaxud 17-si Türkiyəyə gələcəyi gözlənilir.

Ərdoğanın baş məsləhətçisi Məhmət Uçam Ümid Əlinin atası Mustafa Özmənə zəng edərək prezidentin Ermənistanın baş naziri ilə danışdığını bildirib: “Prezidentimiz Ermənistan baş nazirinə “bu uşağı qaytarın” deyib. O da öz Daxili İşlər Nazirliyinə zəng edib məlumat alıb və prezidentimizə geri zəng edərək müsbət cavab verib. Cənab Uçum mənə övladımın bazar ertəsi yaxud çərşənbə axşamına qədər Türkiyədə olacağını dedi. Çox sevinirik, övladımızı gözləyirik”.

16 yaşlı uşağın anası Altınay Özmən 45 gündür oğlunun Ermənistanda saxlandığı üçün narahat olduqlarını söyləyib: “Uşağıma şiddət tətbiq edirlər. Təcridxanaya salıblar, dillərini də bilmir, övladımı istəyirəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...