Adnan Oktarın əsas adamları etirafçı oldular

Adnan Oktarın əsas adamları etirafçı oldular

Qrupun sirləri bir-bir üzə çıxacaq
Adnan Oktar cinayətkar qruplaşmasının üst təbəqəsində, rəhbərlikdə təmsil olunan şəxslər danışmağa başlayıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilatın “İmam bacılar” və “Vəkillər” qrupunda olan iki şübhəli 50 səhifəlik ifadə verib. Digərlərinin də peşmanlıq ifadəsindən yararlanmaq üçün sıraya girdiyi bildirilir.

Cinayətkar qruplaşmanın rəhbərliyində yer alan və fəaliyyəti dayandırılan kanalı A9 TV-də çalışan A.P. etirafçı olub. Təşkiların “İmam bacılar” qrupunda olan A.P, İstanbul bölgə polis müdirliyinə gətirilib və cinayətkar qrupla bağlı 50 səhifəlik ifadə verib. İddialara görə, etirafçı A.P.-nin verdiyi məlumatlar önəmli hesab edildiyi və istintaqın irəliləməsinə xeyli yardımçı olduğu üçün öncəki gecə saat 22.00 radələrində həbsdə saxlandığı Kandıra türməsindən azadlığa buraxılıb. A.P.-nin 25 ildir təşkilatın içində olduğu və təşkilatın internet şifrələri ilə xarici disklərindən cavabdeh şəxs olduğu iddia edildi.

İkinci etriafçı vəkildirTəşkilatın "Vəkillər” qrupu içində yer alan və əməliyyat zamanı saxlanılaraq həbs edilən F.D. də etirafçı olub. İddialara görə, peşmanlıq maddəsindən yararlanan və cinayətkar qruplaşma ilə bağlı bildiklərini danışan vəkil F.D. də İzmir türməsindən azadlığa buraxılıb. Yeni etirafçılar A.P. və F.D.-nin ardınca Adnan Oktar cinayətkar təşkilatının rəhbərliyində təmsil olunan daha iki nəfərin də peşmanlıq maddəsindən faydalanmaq üçün istintaqa ərizə ilə müraciət etdiyi xəbər verilir.

Həbsdə olan iki şübhəlinin də ifadələrinin alınacağı bildirilir. Bu arada istintaq çərçivəsində həbs edilən şübhəlilərdən Ayça Pars haqqında vəkillərinin etirazı əsasında İstanbul sülh-cəza məhkəməsi tərəfindən azadlığa buraxılma qərarı verilib.

Musavat.com xatırladır ki, A.Oktar qrupunun istintaqı çərçivəsində A.Oktar da daxil olmaqla 169 şübhəli həbs olunub, 13-ü ədliyyə nəzarət təbbirinə məruz qalıb, 14-ü sərbəst buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...