Odessada erməni təxribatının qarşısı alınıb – “Artsax” bağlandı

Odessada erməni təxribatının qarşısı alınıb –

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Odessa regional təşkilatı şəhərin “Fresh market” ticarət mərkəzində ermənilərin təxribatçı hərəkətinin qarşısını alıb.

Diaspor nümayəndələrinin müdaxiləsi ilə “Artsax” adlı erməni restoranının fəaliyyəti dayandırılıb.

AzNews.az xəbər verir ki, soydaşlarımız adıçəkilən ticarət mərkəzinin rəhbərliyi ilə görüşərək, burada işğalçı Ermənistanın Azərbaycan torpaqlarında qurduğu separatçı rejimin adını daşıyan kafenin fəaliyyət göstərməsinin yolverilməz olduğunu bildiriblər. Onlar ticarət mərkəzinin rəhbərliyindən ermənilərə məxsus kafenin adının dəyişdirilməsini və ya fəaliyyətinin dayandırılmasını xahiş ediblər.

Ticarət mərkəzinin rəhbərliyi Azərbaycan diasporunun müraciətinə operativ reaksiya verərək aidiyyəti problemin həlli ilə bağlı orqanlara göstəriş verib. Beləliklə, görüşdən qısa müddət sonra Odessa şəhərinin “Fresh market” ticarət mərkəzindəki ermənilərə məxsus “Artsax” kafesinin fəaliyyəti dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...