Lenin Hitlerin mer seçilməsinə etiraz etdi

Lenin Hitlerin mer seçilməsinə etiraz etdi

Lenin adlı Peru sakini Hitlerin mer seçilməsinə qarşı çıxıb. Virtualaz.org yerli RPP radiosuna istinadən xəbər verir ki, Perunun Yunqar şəhərində Hitler Alba Sançes adlı bir nəfər mer seçkilərində öz namizədliyini irəli sürüb. Bu, onun həmyerlisi Lenin Vladimir Rodriges Valverdenin xoşuna gəlməyib.

Rodriges Valverde seçki orqanlarına müraciət edərək, Hitlerin qeydiyyatının ləğv olunmasını tələb edib.

Siyasətçi Hitler isə, öz növbəsində, belə bir adamı tanımadığını və həmin şəxsdən siyasi rəqiblərinin istifadə etdiyini bildirib. Hitler Alba Sançes hakim “Biz Peruyuq” partiyasının namizədidir. 2011-2014-cü illərdə Yunqar şəhərinin meri vəzifəsində çalışıb, lakin o zaman mərkəzçi “Perunun imkanları” partiyasını təmsil edirmiş. “Mən yaxşı Hitlerəm”, - Alba Sançes özü haqda deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...