ABŞ-ın arzusu gözündə qalacaq - İranın neft naziri

ABŞ-ın arzusu gözündə qalacaq -

ABŞ İran neftini dünya bazarlarından yığışdıra bilməyəcək.

Trend-in məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir ortamüddətli perspektivdə bunun mümkün olmadığını bildirib: "Birləşmiş Ştatların qısamüddətli perspektivdə İrandan neft ixracını sıfıra endirmək planı var. Lakin ABŞ-ın bu arzusu həyata keçməyəcək".

B.N.Zəngənə qeyd edib ki, Prezident Donald Trampın OPEK-dən neftin qiymətinin azaldılması ilə bağlı tələbi sentyabrın 23-də Əlcəzair görüşündə müsbət qarşılanmadı: "Görüş iştirakçıları neft hasilatının artırılmasına zərurət görmədilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...