İran prezidenti ABŞ-a 11 sentyabr teraktını xatırlatdı

İran prezidenti ABŞ-a 11 sentyabr teraktını xatırlatdı

İran prezidenti Həsən Ruhani ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini Əhvaz şəhərində baş verən terror aktı ilə əlaqədar söylədiyi fikirləri tənqid edib.

Virtualaz.org bildirir ki, o bu barədə “Twitter” hesabında yazıb.

“Amerikalı məmur Əhvazda baş verən teraktla bağlı dəhşətli sözlər dedi və məsuliyyəti İran hökumətinin üzərinə atdı. Biz 11 sentyabr haqqında eyni sözləri desəydik, amerikalılar nə düşünərdi?” - Ruhani bildirib.

Xatırladaq ki, sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parad zamanı naməlum şəxslərin ətrafdakılara atəş açması nəticəsində 29 nəfər ölüb, 59 nəfər xəsarət alıb. İran XİN rəhbəri hadisəyə görə məsuliyyəti regiondakı terrorçulara sponsorluq edənlərin və onların amerikalı müttəfiqlərinin üzərinə atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...