Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”

Trampdan gözlənilməz KOMPLİMENT:

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda İran prezidenti Həsən Ruhani haqda fikir bildirib.

Modern.az xəbər verir ki, Tramp öz “Twitter” hesabında Ruhanini gözəl insan adlandırıb.
O, həmçinin İran prezidenti ilə görüşmək niyyətinin olmadığını da qeyd edib.

“Məni hazırda İran prezidenti Həsən Ruhani ilə görüşmək niyyətim yoxdur. Bəlkə gələcəkdə. Mən əminəm ki, o, sözsüz ki gözəl insandır” – Tramp yazıb.

Qeyd edək ki, Tramp sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü Qurultayı çərçivəsində özünü sədrlik edəcəyi İranla bağlı görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...