Kim Çen In sözünün üstündə durdu - Mühüm qərar

Kim Çen In sözünün üstündə durdu -

Şimali Koreya lideri Kim Çen In ölkə ərazisindəki nüvə silahı və ballistik raketlərin hazırlandığı obyektlərə beynəlxalq müfəttişlərin daxil olaraq yoxlama aparmasına icazə verib.

AzVision.az xəbər verir ki, bu barədə razılıq ABŞ dövlət katibinin Pxenyana səfəri çərçivəsində əldə olunub.

Şimali Koreya lideri ilə danışıqlardan sonra mətbuata açıqlama verən Pompeo rəsmi Pxenyanın Phunqyeri nüvə poliqonunu həqiqətən də sökdüyünə və nüvə sınaqlarından birdəfəlik imtina etdiyinə əmin olmaq üçün beynəlxalq müfəttişlərin qısa zamanda Şimali Koreyanı ziyarət edərək yoxlama aparacaqlarını bəyan edib.

Kim Çen Inla görüşən Pompeo həmçinin, ABŞ-Şimali Koreya sammitinin növbəti yeri və tarixini də müzakirə edərək, təklifləri dəyərləndiriblər. Pompeo Kim Çen Inla keçirdiyi görüşü ümumilikdə, müsbət adlandırıb və Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində mühüm addım atdıqlarını deyib.

Pompeonun Pxenyada uğurlu danışıqlar apardığını deyən ABŞ prezidenti Donald Tramp isə "Tvitter" hesabında bildirib ki, “Sinqapur sammitindəki razılaşmaların realizəsi məsələsində irəliləmə var. Yaxın gələcəkdə Kim Çen Inı yenidən görmək üçün səbirsizlənirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...