İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi

İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək məqsədilə hər növ taxta və ağac materiallarının ixracını qadağan edib.

Trend-in məlumatına görə, müxtəlif ağac materialları, neopan xammalından başqa, həmçinin qəzet kağızı və dəftərlər də daxil olmaqla kağız məmulatlarının ixracı qadağan olunub.

Xarici valyuta bazarında qeyri-stabillik, bəzi məhsulların qiymətinin bahalaşması, eləcə də bəzi şəxslərin mövcud şəraitdən sui-istifadə etməsi nəticəsində, kabinet, mebel və yataq dəstlərinə aid olan ağac məhsullarında bahalaşma qeydə alınıb. Statistikaya görə, ölkədə ildə təxminən 1 milyon 700 min kvardrat-metr MDF istehsal olunur və nazirlik 2 milyon 500 min kvadrat-metr MDF-in istehsalını məqsəd götürüb. Bununla belə, ölkənin ağac materialı sənayesinin bir hissəsi idxalla təmin olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...