20 minlik türk ordusu hücuma hazırlaşır

20 minlik türk ordusu hücuma hazırlaşır

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir.

Publika.az xəbər verir ki, bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Əbu Faysal deyib.

Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...