ABŞ-ın Yerevandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf edib

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf edib

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Yerevandakı səfiri Riçard Mills Ermənistan KİV-inə müsahibəsində bildirib.
"Bura ilk dəfə gəldiyim zaman ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı olmasına təəccübləndim. Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur", - deyə amerikalı diplomat qeyd edib.

O vurğulayıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin münasibətini də da kəskinləşdirib. "Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək", - deyə Ermənistandakı diplomatik missiyasını başa vurmaqda olan R.Mills bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...