Rusiya generalı ABŞ-ın dron hücumlarından danışdı - "Məhv etdik"

Rusiya generalı ABŞ-ın dron hücumlarından danışdı -


Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin ABŞ-ı Suriyadakı Hmeymim aviabazasına pilotsuz aparatlara hücum həyata keçirməkdə ittiham edib. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, general Fomin bu hadisənin 2018-ci ilin yanvarında baş verdiyini deyib.

“13 dron vahid döyüş düzümü ilə gəlirdi və ümumi komanda ilə idarə olunurdu. Həmin vaxt Amerikanın “Poseidon-8” kəşfiyyat-təyyarəsi Aralıq dənizi üzərində 8 saat idi ki, dövrə vururdu”-müdafiə nazirinin müavini bildirib.

Rusiya generalı ABŞ-ın dron hücumlarından danışdı -


General Fomin əhvalatın təfərrüatlarını açıqlayaraq deyib ki, pilotsuz aparatlar radioelektron idarəetmə sisteminin təsirinə məruz qalıb. Bundan sonra “əllə idarəetmə” rejiminə keçiblər. Nazir müavininin sözlərinə görə, dronu əllə idarə edən hansısa kəndli deyil, normal, müasir texnologiya ilə təchiz edilmiş “Poseidon-8” təyyarəsi idi.

Rusiya generalı ABŞ-ın dron hücumlarından danışdı -


“Həmin 13 dron bizim radioelektron mübarizə sisteminin müqaviməti ilə qarşılaşanda müəyyən məsafəyə geri çəkildilər, müvafiq komanda aldılar və onları kosmosdan idarə etməyə başladılar, komanda verdilər ki, keçə biləcəkləri “dəliklər” axtarsınlar. Aparatlar özlərinə dəlik tapıb keçməyə başlayanda onlar məhv edildi”-A.Fomin deyib.

Rusiya generalı ABŞ-ın dron hücumlarından danışdı -


Rusiya Müdafiə Nazirliyi bu il yanvarın 8-də Hmeymim aviabazasına 13 zərbə pilotsuz aparatı ilə hücum barədə bəyanat vermişdi. İnsident yanvarın 6-na keçən gecə baş verib. Müdafiə Nazirliyi bütün dronların məhv edildiyini açıqlayıb. Lakin müstəqil mənbələrdə və sosial şəbəkələrdə yer alan məlumata görə dronların bir neçəsi hədəfə çata bilib, nəticədə hərbi texnikaya ziyan dəyib. Həmin vaxt “kustar üsulla hazırlanmış dronların hücumundan” söhbət gediri.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...