Gürcüstanda prezident seçkiləri: Zurabişvili və Vaşadze II tura keçir

Gürcüstanda prezident seçkiləri: Zurabişvili və Vaşadze II tura keçir

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 98,89 faizi hesablanıb. Virtualaz.org-un Tbilisidə olan müxbiri bildirir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, müstəqil namizəd Salome Zurabişvili 38,61% səs toplayıb.

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir. Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Digər namizədlərin səs faizi isə çox aşağıdır. Bu o deməkdir ki, heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...