"2019-cu ildə Çin iqtisadiyyatı çökəcək və dünya yeni böhranla üzləşəcək"

"2019-cu ildə Çin iqtisadiyyatı çökəcək və dünya yeni böhranla üzləşəcək"

“2019-cu ildə dünyanı böyük iqtisadi böhran gözləyir”.

Avropa.info xəbər verir ki, belə bir açıqlama ilə Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) valyuta müharibələri müşaviri Ceyms Rickards “The Daily Reckoning” mətbu orqanındakı məqaləsində qeyd edib.

Hüquq və maliyyə mütəxəssisi olan Ceyms Rickards “The Daily Reckoning”də çıxan məqaləsində son iki ildə Çində iqtisadiyyatının zəiflədiyini və iflasa doğru getdiyini qeyd edib.

Onun fikrincə, hazırda Çində çox böyük bir borc problemi yaranıb və bu problem 2019-cu ildə partlayacaq. MKİ ekspertinin sözlərinə görə, Çindəki borc böhranı bütün dünyaya öz mənfi təsirini göstərəcək.

Bir neçə il öncə Çində sürətli iqtisadi inkişafın tikinti və infrastruktur layihələrinin reallaşması hesabına olduğunu qeyd edən Rickardsın fikirincə, həmin şəhərlərdə nəqliyyat investisiyası yatırılmadığından həmin şəhərlər bir kabusa çevrilib.

“Çünki bu investisiyalar borcla olduğundan həmin borclar geri qaytarılmır. Başlanğıcda bu investisiyalar qısamüddətli işlər yaratmaq, sement, şüşə və polad kimi sektorlara dəstək təmin etmək üçün yaxşı idi, ancaq bu davamlı bir model oldu. İnfrastruktur sərmayələri istifadə edilmədiyindən lazımi gəliri yarada bilmədi. Çinin uğuru yüksək əlavə dəyərli texnologiya istehsal etməsinə və istehlakı artırmasına bağlıdır. Daxili istehlakı artırmağa diqqət yetirməsi nəticəsində tikinti və infrastruktur investisiyalarının azalması anlamına gəlir ki, bu da bütövlükdə iqtisadiyyatın ləngiməsi deməkdir”- ekspert bildirib.

Pentaqon üçün tarixinin ilk valyuta müharibələri təlimini təşkil edən Rickards, Çin iqtisadiyyatının zəifləməsinin borcların ödənməsi və bunun da maliyyə, nağd pul böhranı riski yaratdığını bildirib. Çinin Mərkəzi Bankı ehtiyatlarında 1.4 trilyon dollarlıq ABŞ xəzinə bonusu saxladığını qeyd edən Rickards, normalda Pekinin bu varlıqları maliyyə sistemini yenidən işlətmək üçün istifadə edə biləcəyini, ancaq bank sistemini xilas etmək və ya öz valyutası yuanın dağılmasını əngəlləmək üçün də bu mənbəyə ehtiyac duyduğunu vurğulayıb.

Təkcə Çin banklarının dollarla borclarının 318 milyard dollar səviyyəsinə çatdığını bildirən Rickards vurğulayıb ki, bu pul yuana çevrilib və tikinti layihələrinə ya da yerli şirkətlərə köçürülüb. Nəticədə bankların əlində geri ödəmək üçün dollar qalmayıb.

Ekspert hesab edir ki, FED-in siyasəti də prosesə “duz, istiot” funksiyasını oynayır.

Rickards Çindəki vəziyyətin, əslində, FED-in faiz qənaətcilliyi və bazardan dollar çəkmə siyasətlərindən qaynaqlandığını bildirib.

2008-ci il böhranında Amerikanın batan bank sistemini xilas etmək üçün FED-in təxminən 3.6 trilyon dollar çap etdiyini deyən Rickards bildidirib ki, bu valyuta dünya miqyasında 70 trilyon dolların üzərində kredit yaradıb.

Rickardsın hesablamalarına görə, 1 trilyon dolların dövriyyədən çıxması 19 – 20 trilyon dollar məbləğində kreditin bağlanılmasını tələb edəcək. Bu həcmdə olan vəsait təxminən Amerikan iqtisadiyyatı qədər böyükdür.

Rickardsın fikrincə, artıq Çin iqtisadiyyatında iflas prosesinə başlayıb.

“Çində uzun müddətdir şişən borc şarı artıq partlama səviyyəsinə çatıb. Artıq iqtisadiyyat zəifləyir, borclar artır və borclarını ödəmək üçün ən çox dollar qazanmaları olduğu bir dövrdə çinli ixracatçılar Trampın ticarət müharibələrinin zərbələrinə tuş gəlir. İflasın arealı günbəgün dərinləşir. Bəzi böyük holdinqlər özlərini iflasa uğradığını bəyan edib. Bunun nəticəsində çinli dövlət rəhbərləri iqtisadiyyatın ləngiməsindən təşvişə düşməyə başlayıblar. Pekin kredit tranşını yenidən açıb faizləri aşağı saldı, banklardakı reytinq faizlərini qaldırdı və daha çox borcla maliyyələşdirilən infrastruktur investisiyalarının önünü açdı. Əlbəttə, bu müvəqqəti bir həll yoludur. Pekinin yeganə yolu borc böhranını təxirə salmağa çalışır. Bu da vəziyəti daha pis vəziyyətə gətirib çıxaracaq. Bu nəhəng borc böhranı, yəqin ki, 2019-cu ildə Çini bütün gücü ilə vuranda dünyanın digər ölkələri də öz payını alacaq”– ekspert bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...