ABŞ-ın PKK-nın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq - Türkiyə XİN

ABŞ-ın PKK-nın 3 terrorçusunun başına pul qoymasını alqışlayırıq -

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.

“Report”un məlumatına görə, XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir.
“ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”, - H.Aksoy vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti terrorçu PKK-nın rəhbərlərindən olan Murat Karayılanın başına 5 milyon dollar, Cemil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat təyin edib. Bu, departamentin “Ədalət üçün mükafat” (“Rewards for Justice”) proqramı çərçivəsində müəyyənləşdirilib.

Xatırladaq ki, Dövlət Departamenti “İmmiqrasiya və vətəndaşlıq haqqında” qanunun 219-cu bölməsinə əsasən, 1997-ci ildə PKK-nı Birləşmiş Ştatlar üçün təhlükəli olan terrorçu təşkilat kimi tanıyıb, 2001-ci ildə isə “Qlobal terror ünsürləri” siyahısına daxil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...