Bakıda beşinci bayraq festivalı keçirilib

Bakıda beşinci bayraq festivalı keçirilib

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda beşinci bayraq festivalı keçirilib.
Festivalda rəsmi şəxslər, hərbçilər, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Ölkə.Az" xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan əsgərlərinin təntənəli hərbi andından sonra ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında kəlamları nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ənənəyə uyğun olaraq hər il 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə bayraq festivalının keçirildiyini deyib. Bu il beşinci festivalın təşkil edildiyini vurğulayan nazir müavini belə layihələrin gənclərimiz arasında dövlət rəmzlərinin təbliği, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsində müsbət rol oynadığını bildirib.

Tədbirdə Azərbaycan, dövlət bayrağımızla bağlı videoçarx nümayiş etdirilib. Sonra Aprel döyüşlərinin qəhrəmanları, eləcə də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad zamanı səmada dövlət bayrağımızın təsvirini yaradan pilotlar səhnəyə ediliblər. Bu an tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

İstedadlı gənclərin əl işlərindən ibarət yaradıcılıq nümunələrinin də nümayiş etdirildiyi

festival incəsənət nümayəndələrinin vətənpərvərlik ruhunda ifalarla zəngin olan konsert proqramı ilə davam edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...