Səudiyyə İstanbuldakı konsulluğunu köçürür

Səudiyyə İstanbuldakı konsulluğunu köçürür

Rəsmi Ər-Riyad jurnalist Camal Kaşoqinin qətlindən sonra Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunu başqa əraziyə köçürəcək.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Lakin Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı Ər-Riyaddan Ankaraya rəsmi müraciət daxil olmadığını bildirib.

“Ər-Riyadın belə bir istəyinin olması anlaşılandır. Lakin məsələ ilə bağlı nazirliyə ünvanlanan rəsmi bir tələb yoxdur” – Türkiyə XİN-dən jurnalistlərə verilən açıqlamada deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...